PSJ-nin sabiq futbolçusu millimizin üzvünün komandasına transfer oldu

Türkiyənin "Gənclərbirliyi" klubu transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, Super Liqa klubu son komandası Fransa "Monpelye"si olan Stefan Sessenyonu transfer edib. Benin yığmasının üzvüylə 1,5 illik müqavilə imzalanıb.

33 yaşlı yarımmüdafiəçi karyerası ərzində PSJ, "Sanderlend", "Vest Bromviç" və "Monpleye" kimi klublarda oynayıb.

Əlavə edək ki, "Gənclərbirliyi" "Bursaspor"dan millimizin üzvü Dəniz Yılmazı da transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right