Balotelli yenidən İtaliya yolunda

Mario Balotelli yenidən karyerasını ölkəsində davam etdirə bilər.

Newsport.az xəbər verir ki,  İtaliya mətbuatında yayılan məlumatlara görə,  hal-hazırda  Fransanın “Nice” klubunda forma geyən 27 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır. "Ağ-qaralar"ın mövsümün sonunda sözləşməsi sona çatacaq oyunçunu rənglərinə qatmaq üçün, artıq hərəkətə keçdiyi də bildirilir.  

Nəzərinizə çatdıraq ki, İtaliyanın “İnter” və “Milan” klublarının şərəfini qoruyan futbolçu,  2016-cı ildən “Nice” də forma geyinir. O, bu klubda çıxdığı 51 rəsmi matçda, 35 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right