"Mançhester Siti" də yeni müqavilə

“Mançhester Siti” belçikalı futbolçusu Kevin Dee Bruyne ilə müqvilə müddətini uzadıb.

Newsport.az xəbər verir  ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda 26 yaşlı futbolçuyla 2023-cü ilin yayına qədər müqavilə imzalandığı bildirilib.

 Müqavilə haqda isə futbolçu özü bunları deyib: “Bundan əvvəl də dediyim kimi, həmişə burada qalmaq istəyirəm.  Biz, sadəcə qazanmırıq, həm də mükəmməl futbol oynayırıq.  Bunun bir parçası olduğum üçün çox xoşbəxtəm və gələcəkdə nələr edə biləcəyimizi düşündükcə çox həyacanlanıram”.

Qeyd edək ki, 2015-ci ildən “Siti”nin şərəfini qoruyan gənc futbolçu, “şəhərlilər”in formasıyla çıxdığı 122 matçda 31 qol və 50 asist ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right