"Buraxdığımız bir qol isə ətraflı təhlil üçün səbəb olacaq" Rusiyalı baş məşqçi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi" dünən Rusiyanın  "SKA-Xabarovsk" klubu ilə qarşılaşmadan sonra,rusların baş məşqçisi Rinat Bilyaletdinov "Neftçi"yə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan danışıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis ilk növbədə oyunu dəyərləndirib: "Əlbəttə, hər dəfə bütün zərbələrin qapının küncünə vurulacağına təminat vermək çətindir. Amma futbolçularım göstərdi ki, bunu bacarırlar.  Yağış yağsa da, meydança kifayət qədər yaxşı idi. Bu da bizə yüksək sürətlə oynamaq imkanı verirdi. Buraxdığımız qol isə ətraflı təhlil üçün səbəb olacaq".

O, "Neftçi" ilə matçda daha sürətli olduqlarını vurğulayıb: "Yenə oyunun əvvəlini sürətli başladıq. Rəqib isə bunu gözləmirdi. "Tirana" ilə matçda sürətli qolu bizə fikri yayınan qapıçı hədiyyə etdisə, bu görüşdə biz hər şeyi təşkil etdik. Mənə rəqibin əvəzindən danışmaq çətindir. Ola bilər, onlar da böyük yükləmələr altındadırlar, yaxud kollektiv oyunları oturuşmayıb. Amma biz daha sürətli idik. Bu da elə əvvəlcədən belə böyük üstünlüyümüzü müəyyənləşdirdi".

Qeyd edək ki, "SKA-Xabarovsk" Rusiya Premyer Liqasında hazırda 12 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right