"Qarabağ", "Qəbələ" və "Fənərbaxça" rəsmiləri bir arada Foto

"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov və "Qəbələ"nin mətbuat katibi Anar Hacıyev "Fənərbaxça"nı ziyarət edib.

 

Newsport.az xəbər verir ki, bu haqda İstanubul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmyerlilərimizi klubun İctimaiyyətlə əlaqələr deportamentinin rəhbəri Necati Mete və sosial media meneceri Çağatay Durğun qarşılayıb.

 

Səfərin əsas məqsədi komanda ilə yaxından tanışlıq və sosial media əlaqələri ilə bağlı məlumatlar almaq olub. Son olaraq isə qonaqlar, "Fənərbaxça"nın  Soyunub-geyinmə otaqlarını gəzib, stadionda xatirə şəkli çəkiblər. Sonra isə klublarımızın rəsmiləri "Fənərbaxça TV", "Radio Fənərbaxça" və "Fənərbaxça" dərgisinə baş çəkiblər. Qonaqlara iş və yayımlar haqda məlumat verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right