İngiltərə daha bir sabiq futbolçusu ilə vidalaşdı

İngiltərə millisinin sabiq müdafiəçisi Cimmi Armfild vəfat edib.

Newsport.az xəbər verir ki, bu haqda İngiltərə Futbol Assosiasiyası məlumat yayıb. Sabiq futbolçu 83 yaşında dünya ilə vidalaşıb. 1959-1966-cı illər ərzində İngiltərə millisində 43 oyun keçirmiş Armfild, karyerası boyunca, yalnız “Blekpul”un şərəfini qoruyub. O, “Bolton” və “Lids” klublarında məşqçi kimi də çalışıb.

Qeyd edək ki,1966-cı ildə dünya çempionu olan İngiltərə millisinin heyətində yer alsa da, mundialda heç bir oyunda meydana çıxmamışdı.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right