"Mənə aid olmayan futbolçuları müzakirə etmirəm" Zinəddin Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Neymar haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, klubun televiziya kanalına danışan 45 yaşlı mütəxəssis bildirib ki, "Neymarı çox bəyənirəm, lakin onun haqda uzun-uzadı danışmaq istəmirəm. Qısa olaraq isə bunları deyə bilərəm. Mənə aid olmayan futbolçuları müzakirə etmirəm. Neymar hər kəsin xoşuna gələ bilər, çünki böyük futbolçudur. Hər şey bundan ibarətdir”.

Qeyd edək ki, braziliyalı futbolçu Neymarın adı “Real”la hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right