"Kimin doğru seçim etdiyini yalnız zaman göstərəcək" Arsen Venger

1996-cı ildən bəri “Arsenal”ı çalışdıran baş məşqçi Arsen Venger futbolçuların nə üçün bu klubdan ayrıldığını başa düşmədiyini deyib.

Newsport.az xəbər verir ki,  69 yaşlı mütəxəssis, komandadan ayrılacağı gözlənilən son oyunçu, Alexsis Sançhesi pulu seçməkdə günahlandırıb.O, bildirib ki, “Profesional futbolçu olaraq, bu razılaşma Alexsisin karyerasında çox güman ki, imzalayacağı sonuncu sözləşmə olacaq. İşə maddi tərəfdən baxdıqdan sonra, onun getməsinə razılıq verdim. Bir dünya ulduzunu itirəcəyimizi bilirik, ancaq biz təkcə itirmirik, həm də qazanırıq. Kimin doğru seçim etdiyini yalnız zaman göstərəcək. Bundan əlavə, yeni transferlərdə etməyi planlaşdırırıq”.

“Topçular” “Borussiya Dortmund”un hücumçusu Pier-Emerik-Obameyanqı və “Mançhester Yunayted”in erməni oyunçusu Henrix Mikitaryanı rənglərinə qatmağı düşünür.

Qeyd edək ki, çilili futbolçu Alexsis Sançesin isə, yaxın zamanlarda “Mançhester Yunayted”lə rəsmi şəkildə razılığa gələcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right