"Həmişə qəlbimdə qalacaqsınız" - Dino Ndlovu

"Qarabağ"dan ayrılaraq Çinin "Xançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu Ağdam təmsilçisinə və Azərbaycan xalqına təşəkkür edib.

Newsport.az-ın məlumatına görə, bununla bağlı o, özünün "Tvitter" hesabında yazıb:

"Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün "Qarabağ"a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram. Siz həmişə qəlbimdə qalacaqsınız. Klubumu dəyişməyim Allahın işidir. Artıq bütün diqqətimi və enerjimi "Xançjou Qrintaun” üçün yönəldəcəm".

Qeyd edək ki, D.Ndlovu 2 illik müqaviləyə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right