Fərid Nəbiyev dubl etdi, komandası darmadağınla qalib gəldi

Millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın U-21 komandası çempionatda yaranan fasilədən yararlanaraq, növbəti yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, doğma şəhərdə təlim-məşq toplanışında olan komanda "Stechovice" ilə qarşılaşıb və 5-2 hesabı ilə qalib gəlib. Həmyerlimiz start heyətdə meydana çıxıb və 2 qol vuraraq komandasının qələbəsində pay sahibi olub.

Qeyd edək ki, "Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da, bu görüşdə iştirak edib və 90 dəqiqə meydanda olublar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right