Dadaşov qol vurdu, "Dinamo" qalib gəldi

Almaniyanın “Dinamo” (Berlin) klubu qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi bu kollektiv Ratenov “Optik”i ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə başa çatıb – 3:1.

Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının qollarından birini də məhz Dadaşov rəqib qapısından keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right