"Qarabağ"ın üstün oynayacağı gözlənilən idi" "Lexiya"nın futbolçusu

"Hazırlığın bu mərhələsində həqiqətən yaxşı oyun keçirdik. Bu matça uğurlu start kimi baxıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri Polşanın "Lexiya" klubunun futbolçusu Gerson deyib. 

Qdansk təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"la qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Klubun rəsmi saytına açıqlama verən 26 yaşlı braziliyalı futbolçu fikirlərini bildirib: "Hazırlığın hansı mərhələsində olduğumuzu nəzərə alsaq, fikrimcə, çox yaxşı oynadıq. Xüsusən də yaxşı pressinq etməyi bacarırdıq. İkinci hissə bizim üçün yaxşı başlamadı, çünki bir az rahatlaşdıq. Bundan başqa, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı ilə oynayırdıq. Buna görə "Qarabağ"ın üstün oynayacağı gözlənilən idi. Fikrimcə, artırma üçün öz üzərimizdə işləməliyik. Ancaq bu matç bizim üçün yaxş başlanğıc oldu. Baş məşqçinin taktikasını yaxşı reallaşdırdıq".

Qeyd edək ki, "Qarabağ"ın qoluna Dani Kintana imza atıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right