Ouen: "Qarabağ"la matçda meydanda yaxşı iş gördük"

"Futbolçularımdan razı qaldım. Necə oynamaq lazım olması haqda çox danışmışdıq. "Qarabağ"la qarşılaşmada meydanda keyfiyyətli iş gördük".

Newsport.az-ın məlumatına görə, bu sözləri Polşanın "Lexiya" klubunun baş məşqçisi Adam  Ouen deyib.

Qdansk təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"la qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. 

Mütəxəssis oyunla bağlı fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. O, komandasından razı qaldığını bildirib: "İlk yoxlama matçı həmişə çətin keçir. Məlumdu ki, indiki hazırlıq dönəmində çox məşq etmişik. Əlbəttə, futbolçular bunu ayaqlarında hiss edirdilər, yorğunluq var idi. Hər iki hissədə fərqli heyətlə oynamaqlar müxtəlif taktiki sxemləri sınadıq". 

Ouen "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Qarabağ" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Əlbəttə, səhvlərimiz var idi və bunları aradan qaldırmmalıyıq. Futbolçumuz Slavka Peşkinin yersiz hərəkəti oldu, oyundan dərhal sonra onunla söhbət etdim. Bəzi hallarda məsuliyyətsiz hərəkətlərə yol verdik. Ancaq bilirik ki, yaxşı işləməliyik. Bu oyunun videoicmalına baxacağıq ki, növbəti matçımıza yaxş hazırlaşaq, eyni səhvləri etməyək".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right