Sabiq "Qarabağ"lı futbolçu keçmiş klubuna təşəkkür etdi

"Qarabağ"dan ayrılaraq Çinin "Hançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu Sabiq komandasına və Azərbaycan xalqına təşəkkür edib.

 

Newsport.az xəbər verir ki, bununla bağlı özünün "instagram" hesabında yazan futbolçu bildirin ki, "Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün "Qarabağ"a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram. Siz həmişə qəlbimdə qalacaqsınız. Klubumu dəyişməyim Allahın işidir. Artıq bütün diqqətimi və enerjimi "Xançjou Qrintaun” üçün yönəldəcəm".

 

Xatırladaq ki, Dino Çin klubu ilə 2 illik sözləşmə imzalayıb. O, "Hançjou Qrintaun"da ilinə 750 min dollar qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right