Adebayor: "Arsenal"a nifrət edirəm"

"Arsenal"ın sabiq futbolçusu, "Başakşəhər"də top qovan toqolu ulduz Emmanuel Adebayor futbol dünyasının gündəmini zəbt edən açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı forvard 2009-cu ildə "Arsenal"dan ayrılaraq "Mançester Siti"yə transfer olmasını belə xatırlayıb:

"Arsen Vengerlə görüşdüm və komandadan ayrılmağımın lazım olduğunu söylədi. Mən də "Mançester Siti"yə transfer oldum. Bir gün sonra isə Venger mətbuat konfransında pulu seçdiyimi və bu səbəbdən ayrıldığımı açıqladı. Bu səbəbdən "Arsenal"a nifrət edirəm. Ancaq azarkeşlərinə nifrət etmirəm. Komandanın oyunlarına baxanda həm qalib gəlməsini, həm də uduzmasını istəyirəm. Hələ də əsəbəiyəm".

Qeyd edək ki, 2006/09-cu illərdə "topçular"ın şərəfini qorumuş Adebayor "şəhərlilər"ə 29,5 milyon avro qarşılığında transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right