"Barselona"da növbəti müqavilə

"Barselona"da daha bir yeni müqavilə gerçəkləşib.
 

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi yarımmüdafiəçi Serji Roberto ilə müqaviləni uzadıb. İspaniya millisinin üzvüylə 2022-ci ilə kimi saziş bağlanılıb. Onun sərbəst qalma qiyməti isə 500 milyon avro təyin edilib.
 
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Barselona"nın yetirməsidi. O, 2010-cu ildən əsas komandada çıxış edir. O, meydana çıxdığı 178 qarşılaşmada 7 qol vurmağı bacarıb.

Xatırladaq ki, "Barselona" Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right