Ərtuğrul Sağlam "Traktor Sazi"də

Təbrizin "Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisini türkiyəli mütəxəssis Ərtuğrul Sağlam çalışdıracaq. Təcrübəli mütəxəssis müqavilə imzalamaq üçün İrana gedib. Təbriz hava limanında Sağlamı yüzlərlə azarkeş qarşılayıb.

Ərtuğrul Sağlam verdiyi açıqlamada "Komandanın yaxşı çıxış etmədiyini və azarkeşlərin nəticələrdən narazı olduğunu bilirəm. Bir-birimizə dəstək verməli və "Traktor Sazi"ni üst sıralara çıxarmaq üçün səy göstərməliyik" deyib.

Qeyd edək ki, "Traktor Sazi" 20 turdan sonra topladığı 21 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right