"Liverpul" futbolçusunu icarəyə verdi

"Liverpul" yarımmüdafiəçisi Marko Qruyiçi icarəyə verib.

Newsport.az-ın məlumatına görə, serbiyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Gənc futbolçu Çempionşipdə çıxış edən "Kardiff Siti"yə keçib. O, yeni klubunda 6 aylıq icarə əsasında top qovacaq.

Qeyd edək ki, "Liverpul" 21 yaşlı futbolçunu 2016-cı ildə 5,3 milyon funt-sterlinq qarşılığında Serbiyanın "Srvena-Zvezda" klubundan transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right