İsrafilov zədələndi, komandası qalib gəldi

İspaniya Sequndasında 17-ci turdan təxirə salınmış 1 oyun keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun formasını geydiyi “Ximnastik” səfərdə “Osasuna”nın qonağı olub. 

Meydana start heyətində çıxan İsrafilov 39-cu dəqiqədə zədələnərək əvəzlənib. Matç isə Eddinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Ximnastik” bu qələbə sayəsində xallarını sayını 28-ə çatdırıb və turnir cədvəlində 12-ci pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right