"Komandanı gücləndirmək istəyirəm" Ərtuğrul Sağlam

Təbrizin "Traktor Sazi" klubunu Ərtuğrul Sağlam çalışdıracaq.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumatda bildirilir ki, təcrübəli mütəxəssis yeni komandasını 11 oyunda meydana çıxaracaq. Nəticələr yaxşı olarsa, o, "Traktorsazi"dəki fəaliyyətini davam etdirəcək. 

Təcrübəli çalışdırıcı jurnalistlərə verdiyi açıqlamasında yeni klubu haqda danışıb:  "Traktor Sazi"də türk dilində danışan yetərincə insan var. Bu baxımdan çətinlik çəkməyəcəm. Tez bir vaxtda adaptasiya olub, komandanı gücləndirmək istəyirəm".:

Qeyd edək ki, Təbriz klubu hazırda İran çempionatında 11-ci yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right