"Onlar ateistləri başa düşmürlər" "Neftçi"nin sabiq yarımmüdafiəçisi

"Neftçi" ilə icarə müddəti başa çatan və müqavilə ilə məxsus olduğu Çexiyanın "Karvina" klubuna geri dönən Pavel Dreksa ölkəsinin mətbuatına müsahibə verib.
 
Newsport.az  28 yaşlı çexiyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
 
- Karyeranı hansı klubda davam etdirəcəksən?
- 1 il “Neftçi”də çıxış etdim. Azərbaycandan ayrıldıqdan sonra Qazaxıstana getmək barədə düşünürdüm. Ancaq “Karvina”da qalacam. Ümidləri doğruldacağıma inanıram. Baş məşqçi Muxa mənə güvənir.
 
- 2014-cü ildə “Siqma”dan ayrıldığın üçün peşman deyilsən? Hazırda bu komanda çempionluğa oynayır və heyətdə rəqabət pik səviyyədədir. “Karvina” isə autsayderlərə yaxındır...
- 9 il “Siqma”da çıxış etdim. Bu, futboldur. Dəyişikliklər baş verir. Uşaqlar mövsümün ilk yarıısnda yaxşı çıxış ediblər. Onlara uğurlar arzu edirəm. Mənim həmin vaxt dəyişiklik etməyə ehtiyacım var idi.
 
- Bakıdakı yaşayışın necə idi?
- Zdenek Folprextin gedişindən sonra darıxdım. Komandada yeganə çexiyalı idim. Azərbaycanda ancaq ailəmlə çex dilində danışa bilirdim. Bu üzdən mənə çətin idi. Bundan əlavə, oranın şərtləri islam dinini bizə daha yaxından tantdı. Çexiyada müsəlmanların sayı azdır. Müsəlman ölkəsində oldum və hər şeylə daha yaxından tanış oldum. Folprextin ayrılığından sonra komandanın kapitanı (Ruslan Abışov) ilə bir otaqda qalırdıq. O, qatı müsəlman idi və həmişə dua edirdi. Mən ona dedim ki, ateistəm. Bu etirafımdan sonra mənimlə bütün gün danışmadı. Onlar ateistləri başa düşmürlər. Onların həyat tərzləri ilə yaxından maraqlanırdım. Avropada baş verənləri də müzakirə edirdik. Mənə deyirdilər ki, islamın adından istifadə edərək pis əməllər törədən insanlar dinin altından gizlənirlər. Azərbaycanda olduğum üçün çox sevindim. İslam mədəniyyəti haqda daha ətraflı bilgiyə sahib oldum. Onların həyatı maraqlıdır.
 
- Mövsümün ilk yarısında “Neftçi”də çox az şans qazanmısan...
- “Neftçi”yə keçəndə komandanın vəziyyəti yaxşı deyildi. Bütün oyunlarda çıxış edirdim. Mövsümün əvvəlində baş məşqçi dəyişdi. O, heyətdə mənə şans vermədi. Buna baxmayaraq, “Neftçi”də 1 il ərzində inkişaf etdim.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right