Burak Yılmaz "Beşiktaş"a gəlir?

“Trabzonspor”un hücumçusu Burak Yılmazın adı yenidən “Beşiktaş”la hallanır.

Newsport.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.  Məlumatda bildirilir ki, mövsümün əvvəlində adı “Beşikatş”la hallanan, ancaq müəyyən məsələlərə görə keçidi baş tutmayan 32 yaşlı hücumçunun, yenidən “qartallar”ın rənglərinə qatılma ehtimalı var. Belə ki, klub rəhbərliyi bu keçidə isti baxmasa da, baş məşqçi Şenol Güneş transferin baş tutmasını istəyir. Yaxın günlərdə komandaların idarə heyətinin bir araya gələrək, danışılara başlayacağı deyilir.

Qeyd edək ki, Burak mövsümün ilk yarısında çıxdığı 14 oyuna 14 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right