"Qarşılaşacağımız 5 komandadan 3-nün adı bəllidir" :Elşad Əhmədov

1-ci Divizionda mübarizə aparan "Xəzər" qış fasiləsində təlim-məşq toplantısını Antalyanın Kəmər bölgəsində davam etdirir.

 

Newsport.az xəbər verir ki, klub üzvləri dünən Antalyaya çatıblar. Bu gündən etibarən isə komanda məşqlərə start verib. Klubun baş məşqçisi Elşad Əhmədov toplanışın ilk günü haqda danışıb:

 

"Yanvarın 4-dən 16-na kimi Bakıda hazırlaşdıq. Daha çox fiziki hazırlığın bünövrəsini qoymaq istəyirdik. 18 günlük Antalya toplanışında 5 yoxlama görüşü planlaşdırmışıq. Gündə iki dəfə məşqimiz olacaq. İlk həftədə fiziki hazırlığa üstünlük verəcəyik. Daha sonra isə taktiki, psixoloji hazırlıq ön planda olacaq. Qarşılaşacağımız 5 komandadan 3-nün adı bəllidir. Almaniyanın “Vakker Nordhauzen”, Türkiyənin "Kəmərspor" və Avstriyanın "Qarabağ" Vyana klubları ilə üz-üzə gələcəyik. Digər iki komandanın da adı bəlli olacaq. Səhər məşqimizi fitnesdə keçirik. Axşam məşqini isə topla edirik. Bizə yaradılan şərait əladır. Üzərimizə yaxşı hazırlaşmaq düşür".

 

Qeyd edək ki, Türkiyədə keçiriləcək təlim-məşq toplanışı yanvarın 16-dan fevralın 3-dək davam edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right