Kipr kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" də bu gün növbəti matçına çıxıb. Famaqusto təmsilçisi səfərdə "Ayia Napa" klubunun qonağı olub. İlk görüşdə qələbə qazanan (3:2) "Anortosis" səfərdə 1:1 hesablı heç-heçəyə nail olaraq, adını 1/4 finala yazdırıb.
A. Abdullayev bu oyunda start heyətdə meydana çıxıb.