Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq

"Qarabağ"ın maraq dairəsində olan Xama Billiatın ölkəmizə gəlişi baş tutmaya bilər.

Newsport.az-ın məlumatına görə, Cənubi afrikalı hücumçu karyerasını ölkəsində davam etdirmək istəyir. Hazırda "Mamelodi Sandaunz" klubunun şərəfini qoruyan forvardla ölkənin digər təmsilçisi "Orlando Payrets" də maraqlanır. "Qarabağ"ın cəlbedici təklifinə baxmayaraq, Billiatın digər yerli komandaya keçəcəyi və ya hazırkı klubunda qalacağı bildirilir. 

Qeyd edək ki, Ağdam klubunun təcrübəli hücumçuya illik 70 min manat maaş təklif etdiyi iddia olunur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right