Gökdəniz Karadəniz Azərbaycana gəlir?

İki klubumuz Rusiyanın "Rubin" komandasında forma geyən Türkiyəli futbolçu Gökdəniz Karadenizlə yaxından maraqlanır.

Newsport.az xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, hələki futbolçu karyerasını bitirmək fikirndə olmayan 38 yaşlı futbolçu, bir neçə komandanın təklifini nəzərdən keçirir. Həmin komandalar arasında Azərbaycan premyer liqasının 2 klubu da var. Əlavə edək ki, verilən məlumatda klubların adları açıqlanmayıb. Gökdəniz bu mövsüm çıxdığı 15 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçu 2008-ci ildən "Rubin"in şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right