"Trabzonspor" onun transfer hüququna yiyələnib

Türkiyənin "Trabzonspor" klubu mövsümün əvvəlində "Milan"dan icarəyə götürdüyü Xose Sosanın transfer hüququna yiyələnib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor" bu transferə görə İtaliya klubuna 3 milyon 400 min avro ödəyəcək. "Bordo-mavililər" Sosaya mövsümün ikinci yarısı üçün 1 milyon 620 min avro maaş verəcək. 32 yaşlı futbolçu 2018-2019 mövsümü üçün 3 milyon 320 min, 2019-2020-ci il mövsümündə isə 3 milyon 240 min avro məvacib alacaq.

Qeyd edək ki, hal-hazırda karadenizlilər Türkiyə Kuboku matçında "Konyaspor"la bərabərə qalır. Bu isə komandanın kubokla vidalaşması deməkdir. İlk oyun (0-1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right