Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

"Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Təbriz klubu Mustafa Dənizli ilə razılığa gəlib. 
Türkiyəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanacaq. Dənizli 11 oyunluq müqavilə üçün 400 min dollar qazanacaq.

Qeyd edək ki, hazırda İran çempionatında 21 xalla 11-ci pillədə olan "Traktor Sazi" Asiya Çempionlar Liqasında mübarizəni davam etdirir.

Xatırladaq ki, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi əvvəllər İranın "Persepolis" klubunu da çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right