"Qarabağ"ın dünya reytinqi TOP-100-də

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyada 2017-ci ilin ən yaxşı klublarının siyahısının adını açıqlayıb.

Newsport.az xəbər verir ki, 402 komandanın adı yer aldığı siyahıda, ölkəmizi  3 klub  təmsil edir. Bunlar; - "Qarabağ", "Zirə" və "Qəbələ"dir.   Ağdam klubu 136 xalla 93-cü pillədə qərarlaşıb. “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka”nın da (Meksika)  136 xal toplayaraq "köhlən atlar"la eyni pilləni bölüşürlər.

"Zirə” 72 xalla 296-cı pillədə qərarlaşıb. Ötən il 761-ci olan Bakı klubu düz 465 pillə irəliləyib. “Atletiko” (Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar” da (Peru) "Zirə" ilə eyni xala sahibdir.

“Qəbələ” isə 65 xalla siyahıda 353-cüdür. Roman Qriqorçukun komandası “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdir. "Qəbələ" 1 il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib.
 
Qeyd edək ki, siyahıya 328 xalla “Real” (İspaniya) başçılıq edir.  “Qremio” (Braziliya) 286 xalla 2-ci,  “Mançester Yunayted” (İngiltərə) 284 xalla 3-cüdür.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right