Arda Turan "Qalatasaray" məsələsinə aydınlıq gətirdi

Türkiyənin “Başakşəhər” klubu yeni transferi Arda Turanı ictimaiyyətə təqdim edib.

Newsport.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü təqdimetmə mərasimində 2,5 illik müqaviləyə qol çəkib. İstanbul klubunun “Barselona”dan icarəyə götürdüyü 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 2 milyon, növbəti mövsüm 4 milyon avro qazanacaq. Klubun prezidenti Göksel Gümüşdağ bildirib ki, icarəyə görə "Barselona"ya pul ödənilməyəcək.

Təqdimetmə mərasimində Arda Turan jurnalistlərin suallarını da cavablandırıb.

- Mövsümün ilk yarısında şans qazanmadın...

- Futbol oynamağı sevirəm. Meydana çıxmaq üçün çox darıxmışam. Buna görə də buradayam.

- "Başakşəhər"ə gəlişindən sonra çempionluğa daha iddialı oldunuz...

- Mən də düşünürəm ki, çempionluğa ən böyük namizədlərdən biri bizik. Hər oyunu həyatımızın final görüşü kimi düşünəcəyik. Çempionluğa inanırıq.

- Avropaya yenidən getmək niyyətin var?

- Avropaya "Başakəşəhər" formasıyla avrokuboklarda oynayaraq geri dönmək istəyirəm.

- "Qalatasaray"ın baş məşqçisi Fatih Terim sənin keçidinə münasibətində bildirib ki, heç kimlə problemim yoxdur. Bu barədə nə deyə bilərsən?

- Mənim də heç heç kəslə problemim yoxdur. Keçmişlə bağlı nəsə danışmaq istəmirəm. Önümüzdə yeni bir səhifə açaraq yeni bir yola çıxmaq istəyirəm. 

- "Türkiyəyə dönsəm, "Qalatasaray"dan başqa komandada oynamaram" demişdin. Bu illər ərzində nə dəyişdi?

- Heç bir şey dəyişmədi. Cümləm "Klubum mənə qucaq açsa..." - deyə başlayırdı".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right