"İnter"də argentinalı futbolçu

İtaliyanın "İnter" klubu müdafiə xəttini gücləndirib

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi Portuqaliyanın "Benfika" klubunun futbolçusu Lisandro Lopesi transfer edib. 28 yaşlı müdafiəçi "İnter"də 6 aylıq icarə əsasında çıxış edəcək. İcarə üçün "İnter" Lissabon təmsilçisinə 500 min avro ödəyib. İtaliya tərəfi Lisandronu 9 milyon avro ödəyərək transfer hüququna da sahib ola bilər.

Argentina millisində 4 dəfə forma geyən Lopes 2013-cü ildən "Benfika"da çıxış edir."İnter" İtaliya A Seriyasında mövsümə yaxşı başlasa da, son 5 oyunda qalib gələ bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right