"Beşiktaş" ukraynalı qapıçısını icarəyə verdi

Türkiyənin “Beşiktaş” klubu oyun şansı qazana bilməyən qapıçı Denis Boykonu icarəyə verib.
 

Newsport.az-ın məlumatına görə, ukraynalı qolkiper Belçikanın “Brügge” klubunda çıxış edəcək. Onun icarə müddəti haqda məlumat verilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında “Dnepr”dən 3.3 milyon avro qarşılığında transfer edilən qapıçı cəmi 5 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right