Ronaldo yenidən "Mnçhester Yunayted"ə qayıdır?

“Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo komandasını dəyişə bilər.

Newsport.az xəbər verir ki, 32 yaşlı hücumçu, yenidən  “Mançester Yunayted”ə qayıtmaq niyyətindədir. İspaniya mətbuatının yaydığı məlumata görə, Ronaldo Madrid klubunun prezidenti Florentino Peresdən inciyib. O, “Real”ın rəhbərinin verdiyi sözə əməl etmədiyini düşünür. Kriştiano daha sərfəli şərtlərə malik müqavilə bağlamaq istəsə də, klub prezidenti bu təkliflə razılaşmır.  Futbolçu, Lionel Messi və Neymardan az qazanmasından narazıdır.

 Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildə “Real”a  94 milyon avro qarşılığında, məhz “Mançester Yunayted”dən keçib.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right