"Barselona"nın futbolçusu yenə zədələndi: 1 ay oynamayacaq

"Barselona"nın heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Usman Dembele zədələnib. La Liqa 19-cu turunda "Real Sosyedad"la oyundan sonra əzələsində problem aşkarlanan fransız futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bundan başqa zədəsi olan Andreas İnyestanın da müalicəsi davam edir. Onun nə vaxt komandaya kömək edə biləcəyi hələ məlum deyil.

Qeyd edək ki, mövsümün əvvəlində "Borussiya"dan "Barselona"ya transfer edilən Dembele uzun sürən zədəsinin ardından yenicə meydana dönmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right