“Bluminq”ə dönmək variantı yarananda çox həyəcanlı idim" "Neftçi"nin futbolçusu

"Neftçi"dən ayrılan Uqo Barqas artıq, rəsmi şəkildə Boliviyanın "Bluminq" klubu ilə müqavilə imzalayıb.

 

Newsport.az xəbər verir ki, Argentina əsilli fransız forvard "Neftçi"dən ayrılmağın onun üçün çətin olduğunu deyib:

 

"Neftçi" ilə 1 illik müqavilə imzalamışdım. Amma yeni baş məşqçi gələndən sonra onun istəyilə müqavilə müddətini daha 6 ay uzatdıq. Belədə "Neftçi"dən ayrılmaq çox çətin idi. Lakin “Bluminq”ə dönmək variantı yarananda çox həyəcanlı idim. Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik. Bunun üçün çox xoşbəxtəm. İllər keçdikcə daha təcrübəli oluram və özünəinamım artır. Bu da komandama daha çox fayda verməyimə yetərli olacaq".

 

Qeyd edək ki, bu, 31 yaşlı hücumçunun "Bluminq"ə 3-cü qayıdışıdır. Barqas 2017-ci ilin yanvarında "Bluminq"dən "Neftçi"yə keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right