"Fənərbaxça"dan növbəti transfer?

Türkiyənin “Fənərbaxça” klubu qış transfer hazırlqlarını davam etdirir.

Newsport.az xəbər verir ki,  İstanbul təmsilçisi, müqavilə ilə “İnter”ə məxsus olan, lakin icarə əsasında “Sampdoriya”da forma geyən, sol cinah müdafiəçisi Dodonu rənglərinə qatmağı planlaşdırır. Yeni klubunda əsas heyətə düşə bilməyən braziliyalı futbolçunun transferi üçün “Fənərbaxça” rəhbərliyi artıq hərəkətə keçib.

“Sampdoriya”nın yaxın günlərdə futbolçunun transfer hüququnu aldıqdan sonra, danışıqlara başlayacağı deyilir.

Qeyd edək ki,  25 yaşlı oyunçu 2016-cı ildən icarə əsasında “Sampdoriya”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right