Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub? rəsmi açıqlama

"Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib. Qurumun rəsmi saytına danışan mütəxəssis yığmamızla oyundan imtina etmələrinin səbəbini açıqlayıb:

"Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətin məsələdir. Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək".

Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında yoxlama oyunu fevralın 2-də Antalyada keçirilməli idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right