"İtaliyanın 1 nömrəli qapıçısı odur" Əfsanəvi futbolçu

Futbol üzrə İtaliya yığmasının sabiq qapıçısı Dino Zoff maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, İtaliyada televiziya kanallarından birinə müsahibə verən 75 yaşlı əfsanəvi qolkiper, “Cenoa”nın çərçivə qoruyucusu Mattia Perini İtaliya yığmasında bir nömrəli qapıçı olmağa layiq olduğunu bildirib.

“ Hesab edirəm ki, Perin İtaliyada ən yaxşı qapıçıdı. Fikrimcə, bu təkcə klub səviyyəsində yox, həm də yığmaya namizəd qapıçılar arasında da belədi. Mattianın çox yaxşı texnikası var”.

Qeyd edək ki, 25 yaşlı futbolçu, 2010-cu ildən "Cenoa"nın şərəfini qoruyur.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right