Sabiq "Fənərbaxça"lı yenidən Türkiyədə

Türkiyənin “Bursaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandasının hücumçusu Mussa Sounu heyətinə qatıb. Seneqal millisinin üzvü Bursa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Bu keçid "Bursaspor"a 700 min avroya başa gəlib.

 

Qeyd edək ki, Sou daha öncə Türkiyədə “Fənərbaxça”nın şərəfini qoruyub. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz