Lionel Messi illik nə qədər qazanacaq? Müqavilənin detalalrı açıqlandı

"Barselona"nın argentinalı ulduzu Lionel Messinin klubu ilə yeni müqaviləsinin şərtləri açıqlanıb.

Newsport.az xəbər verir ki, müqaviləni 2021-ci ilin iyununa qədər uzadan 30 yaşlı forvard,  yeni razılığa görə, illik 104 milyon avro qazanacaq. Əlavə olaraq isə, müqaviləsinin müddəti başa çatana qədər "Barsa"da qalacağı təqdirdə, 70 milyon avro alacaq. Bununla da bitməyən şərtlərə, Çempionlar Liqasının qalibi olacağı təqdirdə, 12 milyon avro, mövsüm ərzində matçların ən azı 60 faizində oynasa, 1.9 milyon avro əlavə olunacaq.


Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz