Dünya sıralamasında ölkəmizi 4 klub təmsil edir

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, bu siyahıda ölkəmizi 4 klub təmsil edir. "clubworldranking”in açıqladığı siyahıya görə,  son ölkə çempionu "Qarabağ" 1169 xalla, 541-ci yerdə qərarlaşır. Qarabağlılar bu siyahıda bir pillə irəliləyiblər. Digər təmsilçiniz  "Keşlə” 368 xalla  781-ci pillədədir.  "Qəbələ” (255 xal) 822-ci, "Zirə” isə 217 xalla  844-cüdür.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. "Real” 17500 xalla 1-ci, "Barselona” 15970 xalla 2-ci, "Atletiko” 13383 xalla 3-cüdü.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz