"Hər ikisi kifayət qədər güclü rəqiblərdir” Aleksandr Spiridon

Moldova millisinin yeni təyin olunan baş məşqçisi Aleksandr Spiridon jurnalistlərə açıqlama verib.

Newsport.az xəbər verir ki, millimiz haqda danışan mütəxəssis ayın axırı yığmamız ilə baş tutacaq oyunu dəyərləndirib: “Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticəyə imza atmasın?  Məqsədimiz qrupu birinci pillədə başa vurmaq olacaq. Yanvarın 27-də və 30-da bizi Cənubi Koreya və Azərbaycanla yoxlama oyunları gözləyir. Hər ikisi kifayət qədər güclü rəqiblərdir”.

Qeyd edək ki,  Azərbaycan - Moldova oyunu yanvarın 30-da, Bakı vaxtıyla saat 19:00-da Antalyada keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah