Millimizin rəqibində yeni baş məşqçi

Yanvarın 30-da Antalyada millimizlə yoxlama oyunu keçirəcək Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, millini Aleksandr Spiridon çalışdıracaq. Moldovanı millimizlə oyuna 57 yaşlı mütəxəssis çıxaracaq.

Qeyd edək ki, Aleksandr Spiridon əvvəllər də Moldova yığmasında çalışıb. Onun 2001-ci ilə təsadüf edən debüt matçında məhz Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə əldə olunub. Bu oyun DÇ-2002-in seçmə mərhələsi çərçivəsində keçirilib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah