"Qarabağ"ın futbolçusuna 1 milyonluq təklif

"Qarabağ" Tarik Elyunussi ilə yolları ayırmaq üzrədir.

 

Newsport.az xəbər verir ki, ağdamlıların  "Olimpiakos"dan icarəyə götürdüyü Elyunissini geri qaytardıqdan sonra, Yunanıstan təmsilçisi 29 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Bu iddia ilə Yunanıstan mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, klub İsveçin AİK komandası ilə danışıqları davam etdirir. Nəzərinizə çatdıraq ki, "Olimpiakos" Tarik üçün 1 milyon avro təzminat tələb edir.

 

Qeyd edək ki, Mərakeş əsilli norveçli futbolçu "Qarabağ"da 8 oyun keçirib.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah