"Onun göndərilməsi isə qırmızı vərəqə alandan sonra qətiləşdi" Duşan Uhrin

Çexiyanın "Mlada" klubunun baş məşqçisi Duşan Uhrin açıqlama verib.

 

Newsport.az xəbər verir ki, Boleslav təmsilçisnin çalışdırıcısı komandadan mövsümün gedişində ayrılan millimizin qolkiperi Kamran Ağayevlə bağlı danışıb. Mütəxəssis 31 yaşlı qapıçının komandadan göndərilməsinin səbəbini açıqlayıb:

 

"Kamran Ağayevi transfer edəndə tam hazır deyildi. Formaya düşəndən sonra isə zədə aldı. Onun göndərilməsi isə qırmızı vərəqə alandan sonra qətiləşdi. Həmin matçda qırmızı vərəqə almqala onun işi bağlandı. Ancaq Kamranın zəif qapıçı olduğunu söyləyə bilmərik. O, komandamıza adaptasiya ola bilmədi".

 

Qeyd edək ki, Ağayev Çexiya klubunun heyətində 7 oyun keçirib və 1 qırmızı vərəqə alıb. Millimizin qolkiperi 2015-ci ildən bu tərəfə hər altı aydan bir komandasını dəyişir. Kamranın növbəti dayanacağı "Keşlə"dir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah