Tevez “Boka Xuniors”a qayıtdı

Karlos Teves “Boka Xuniors”a qayıdıb.

Newsport.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli forvardla yanaşı, Emunuel Mas da bu gün “Boka Xuniors”un futbolçusu kimi ictimaiyyətə təqdim olunub. 

Yenidən “Boka Xuniors”a qayıdan 33 yaşlı forvard ildə 38 milyon avro qazandığı “Şanxay Şenxua” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Onun köhnə-yeni klubu ilə sözləşməsi 2 illikdir. 

“Trabzonspor”dan ayrılan Masın keçidi 2,3 milyon avroya başa gəlib. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz