“Barselona” “Deportivo”ya şans tanımadı

İspaniya La Liqasında 16-cı turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, lider "Barselona" doğma meydanında "Deportivo"nu 4:0 hesabı ilə darmadağın edib.

La Liqanın turnir cədvəlinə 42 xalla "Barselona" başçılıq edir. 36 xalı olan "Atletiko" 2-ci yerin sahibidir. "Valensiya" 34 xal toplayıb və 3-cü yerdə qərarlaşıb. 1 oyun az keçirən "Real" 31 xalla 4-cüdür.

“Barselona” – “Deportivo” - 4:0

Qollar: Suarez, 29, 47, Paulinyo, 41, 75

 

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz