"Hazırda çox yaxşı səviyyədəyik" Qvardiola

Premyer Liqanın 18-ci turunda “Tottenhem”ə 4:1 hesabı ilə qalib gələn "Mançhester Siti"nin çalışdırıcısı Pep Qvardiola oyun haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis klub rəhbərliyindən razı olduğunu və hazırda uğurlu yol tutduqlarını bildirib. “Baxımlı oyun oldu. Biz çox yaxşı çıxış etdik və çempionatın ən güclü komandalarından birini məğlub edərək, vəziyyətimizi daha da yaxşılaşdırdıq. Çox xoşbəxtik. Klub rəhbərliyinə, sərəncamıma belə möhtəşəm futbolçular təqdim etdikləri üçün təşəkkür edirəm. Hazırda yaxşı səviyyədəyik. Lakin 3 gündən sonra yeni oyunumuz var. Həmin oyuna hazırlaşmalıyıq”.

Qeyd edək ki, bu qələbə ilə ardıcıl 16-cı qalibiyyətini qazanan "şəhərlilər",  ötən tur qırdığları rekordu yeniləyiblər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right