Ronaldo "Real"dan ayrılır?

“Real”dan ayrılacağı barədə xəbərlər dolaşan portuqaliyalı futbolçu Kristiano Ronaldo dünən qazandığı klublararası Dünya Kubokunun ardından verdiyi açıqlamada bu haqda danışıb.

Newsport.az xəbər verir ki,  mövsümə pis başlaması və vergidən yayınma hallarına görə komandadan ayrılacağı gözlənilən Ronaldo məsələyə aydınlıq gətirib. "Karyeramı burada başa vurmaq istəyirəm.  Lakin bu,  sadəcə mənim istəyimlə bağlı olan bir hal deyil. Bəzi şeylər var ki, mənim istəyimdən kənarda baş verir. Mənim üzərimə düşən meydana çıxıb futbol oynamaqdır”.

Qeyd edək ki, 32 yaşlı hücumçu 2009-cu ildən “Real Madrid”də forma geyinir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right