Dəniz Yılmaz "Bursaspor"a lazım olmadı

Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Trabzonspor” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
"Bursaspor" geridə qalan turlarda topladığı 24 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right